Üzünüzü şərf və ya şal ilə bağlamaq daha yaxşıdır - Donald Tramp

Üzünüzü maska ​​yerinə bir şərf və ya şal ilə bağlamaq daha yaxşıdır, çünki daha qalındır. SİA-nın məlumatına görə bunu gündəlik keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Donald Tramp deyib.

ABŞ Prezidenti "Biz maska ​​taxmaq barədə qərar verəcəyik. İnsanlar maska ​​taxmaq istəsələr taxa bilərlər. Ancaq çox vaxt üzünüzü şal və ya şərf ilə örtmək daha yaxşıdır. Materialdan asılıdır, lakin daha qalındır. İstəmirlərsə, istifadə etməyə bilərlər. Əlbəttə ki, təkliflər tezliklə gələcək, amma deyə bilərəm ki, özləri qərar verə bilərlər" deyib.

Bu vaxt, Ağ Evdə Covid-19 ilə mübarizə Qüvvələrində vəzifəli olan Doktor Deborah Birx "Maskalar taxan insanların süni qoruma altında hiss etmələrini istəmirik. Maska taxsanız da, sosial məsafəni qorumalısınız. Maska taxmaq bir müalicə deyil "deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...