Sabah Çində matəm gündür Ölənlər anılacaq

Çin hökuməti 4 aprel tarixini koronavirusdan həyatlarını itirənlərin matəm günü elan edib. SİA xəbər verir ki, bu barədə RBK Çinin “Xinhua” agentliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bu günlərdə Çində və xarici səfirliklərin, konsulluqların binalarında bayraqlar aşağı endiriləcək. O cümlədən, bu tarixdə ÇXR-də bayram şənlikləri və ictimai tədbirlər də keçirilməyəcək. Yerli vaxtla saat 10:00-dan etibarən ölkədə 3 dəqiqəlik sükut olacaq. Bundan əlavə, ölənlərin xatirəsinə avtomobillərin, qatarların, gəmilərin siqnalları veriləcək, havadan müdafiənin siqnalizasiyası səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə