Liviyada yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb

Liviyada yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm halı qeydə alınıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Liviyanın "218" telekanalı bildirib.

Məlumata əsasən, koronavirusdan 85 yaşlı qadın dünyasını dəyişib. Onun koronavirus xəstəsi olduğu ölümündən sonra təsdiqlənib.

Qeyd edək ki, hazırda Liviyada koronavirusa 10 yoluxma halının olduğu bildirilir. İlk yoluxma halı martın 24-ü qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə