İtaliyada yeni növ koronavirusdan ölənlərin ümumi sayı 13 915 nəfərə çatıb

İtaliyada son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 760 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 13 915 nəfərə çatıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib.

A.Borrelli bildirib: " Hazırda koronavirusa yoluxanların sayı 80 049 nəfər təşkil edir".

Onun sözlərinə görə, yoluxan şəxslərdən 4 053 nəfəri intensiv terapiya bölməsində, 28 540 nəfəri xəstəxanalarda, digərləri isə ev rejimində qalır.

Departament rəhbəri qeyd edib ki, ötən sutka ərzində 1 431 nəfər sağalıb, ümumilikdə sağalanların sayı 18 278 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə