Ermənistanda koronavirusa yoluxanların sayı 663 nəfərə çatdı

Son bir gündə Ermənistanda koronavirus infeksiyasına yoluxma hallarının sayı 92 nəfər artaraq 663 nəfərə çatıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin saytında məlumat yayımlanıb.

Xatırladaq ki, çərşənbə günü Ermənistan Respublika hakimiyyəti ölkədə 571 təsdiqlənmiş koronavirus halının olduğunu bildirib. Ermənistanda COVID-19-dan dörd nəfər ölüb. Koronavirusla mübarizə üçün 16 mart-14 aprel müddətində fövqəladə vəziyyət elan edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...