Koronavirusdan ölüm riski müəyyənləşdirilib

İnfeksionistlər COVID-19-dan ölüm riskini təyin ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, İmperial Kollecdən olan Britaniyalı infeksionistlər, fevral ayında Çin, Hong Kong, Makao və digər 37 ölkədə qeydə alınmış Covid-19 xəstələrinin 70 mindən çox ölüm və xəstəxanaya yerləşdirilmə faktları mövzusunda hərtərəfli araşdırma aparıblar. Əldə olunan məlumatlar SARS-CoV-2 xəstəliyinin törədicisinin törətdiyi ölüm riskini aydınlaşdırmağa imkan verib.

Yoluxucu xəstəliklər dərc olunan "The Lancet" qəzetinə görə, Çinin materik bölgəsində orta ölüm nisbəti 1,38% təşkil edib və yaşla bağlı risk də yuxarı olub. Simptomların başlanmasından ölümə qədər olan dövr 17,8 gündür. Xəstənin sağalma müddəti 24,7 gündür. Tədqiqatçılar koronavirusa yoluxmuş 10-19 yaş arasındakı yeniyetmələrin yalnız 0,04%-nin xəstəxanaya yerləşdirilməsinə ehtiyac duyduqlarını müəyyən ediblər. Eyni zamanda, yaşlı xəstələrin (80 və daha yuxarı insanların)18% -nin xəstəxanada müalicə olunmasının tələb olunduğu bildilir. Bununla yanaşı 40 yaşdan yuxarı olanların 4% -i, həmçinin 50 yaşa çatmış xəstələrin 8% -dən çoxunun mütəxəssislərin nəzarətinə ehtiyacı olduğu qeyd olunur.
Tədqiqatın müəlliflərindən biri olan professor Azra Qani də yaşla bağlı təhlilin nəticələrini açıqlayıb.
"Təhlil aydın şəkildə göstərir ki, 50 yaş və daha yuxarı yaşda koronavirusa yoluxanların xəstəxanaya yerləşdirmə faizi 50 yaşdan aşağı xəstələrə nisbətən daha çoxdur. Eyni zamanda yuxarı yaşda olanlar üçün əksər hallarda bu ölümcül ola bilər", deyə Azra Qani bildirib.
Tədqiqatların nəticələrinə görə qeyd olunub ki, 39 yaşına çatmamış xəstələrdə koronavirus infeksiyası nəticəsində ölüm faizi praktik olaraq sıfır, 40-49 yaş arasında - 0,2%, 50-59 yaşda - 0,6%, 60-69 yaşda isə iki faizdən az olub. Bildirilib ki, 70 ilə 79 yaş arasında olan xəstələr üçün risk 4.3% -ə, 80 yaşdan yuxarı olanlar üçün 7.8% -ə yüksəlir.
Xatırladaq ki, Uhan şəhərində naməlum təbiətli sətəlcəm xəstəliyi barədə, Çin hakimiyyəti 31 dekabr tarixində 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına(ÜST) məlumat verib. Sonradan məlum olub ki, xəstəliyin səbəbi COVID-19 adlı yeni bir koronavirus növüdür. 11 mart 2020-ci ildə ÜST yeni bir infeksiya pandemiyasının başlandığını elan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə