Çin peyvənd sınağı təklifi edib koronavirusa qarşı

Çin peyvənd sınağı təklifi edib  koronavirusa qarşı

Koronavirusa qarşı peyvənd hazırlayan Çin virusoloqları, infeksiyanın yayılmasının qarşısını almaq istiqamətində uğursuz bir vəziyyətdə olan digər dövlətlərə ərazilərində klinik sınaqlar aparmaq təklifi ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Hong Kong” qəzeti “South China Morning Post”-a əsaslanaraq məlumat dərc edib.

Məlumata qeyd olunur ki, buna səbəb yoluxmuş xəstələrin test üçün kifayət qədər olmamasıdır.
"Virusun yayılmasını çox tez bir zamanda nəzarətə götürdük və indi peyvəndi daha geniş şəkildə sınamaq üçün təsdiqlənmiş infeksiyalı xəstələrimiz kifayət qədər deyil", deyə Çin Yoluxucu Xəstəliklər Laboratoriyasının aparıcı çin virusoloqlarından biri Çen Lin bildirib.

"Məsələn, əgər peyvəndi 10 min xəstədə sınaqdan keçirsək və yalnız 100 insanın toxunulmazlığa sahib olacağı ortaya çıxsa, onda vaksinin adi insanlar arasında istifadə edilə biləcəyini sübut etmək üçün 0,01% effektivlik kifayət etməyəcək", deyə virusoloq qeyd edib.

Xatırladaq ki, Uhan şəhərində naməlum təbiətli sətəlcəm xəstəliyi barədə, Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib. Sonradan məlum olub ki, xəstəliyin səbəbi COVID-19 adlı yeni bir koronavirus növüdür. 11 mart 2020-ci ildə isə ÜST yeni bir infeksiya pandemiyasının başlandığını elan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə