“Türk Hava Yolları” aviaşirkəti beynəlxalq uçuşları mayın 1-dək dayandırıb
“Türk Hava Yolları” aviaşirkəti koronavirusa qarşı qabaqlayıcı tədbir olaraq beynəlxalq uçuşları mayın 1-dək dayandırıb.
SİA xəbər verir ki, bu barədə şirkət rəhbərliyindən bildirilib.
Qeyd edək ki, bundan əvvəl aviareyslərin aprelin 17-dən dayandırılması ilə bağlı qərar qəbul olunmuşdu. Hazırda Türkiyənin 14 böyük şəhəri istisna olmaqla ölkədə həyata keçirilən bütün daxili və xarici uçuşlar müvəqqəti təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB