NASA-nın yeni Mars robotu planetdə həyat qalıqlarını axtaracaq

NASA-nın yeni Mars robotu planetdə həyat qalıqlarını axtaracaq

Amerika Milli Kosmik Agentliyinin (NASA) yeni Mars robotu "Curiosity" qırmızı planetdə həyatın qalıqlarını axtaracaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 25 noyabrda planetə göndərilməsi nəzərdə tutulan "Curiosity" daha əvvəlki vasitələrindən fərqli olaraq təxminən bir avtomobil böyüklüyündədir. Alimlər robotun verdiyi məlumatlarla planetin həyat üçün lazımlı mühitə sahib olub- olmadığını öyrənməyə çalışacaqlar.

 

Müasir texnologiya ABŞ-ın Kaliforniya ştatındakı NASA reaktiv laboratoriyasından göndəriləcək. NASA-nın Mars Elm Laboratoriyası tərəfindən hazırlanan robot 2012-ci ilin avqust ayında Marsda olacaq. 4 fərqli eniş formasından hansının tətbiq olunacağı qarşıdakı aylarda dəqiqləşəcək. Layihənin maya dəyərinin 2,3 milyard dollar olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə