Meksikada pul yuyan narkotik kartelinə 60 milyon dollarlıq zərbə

Meksikada Maliyyə Kəşfiyyat Birliyi, Sinaloa narkotik kartelində pul yumaqda şübhəli bilinən 9 şəxsin və 5 şirkətin hesablarını bağlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Qadağan edilmiş hesablardan birinin Delaverdəki bir şirkət vasitəsi ilə yönləndirilən zərgərlik şirkətinə aid olduğu, digərinin isə 18 milyon dollardan çox nağd pul köçürdüyü aşkar edilən kinoteatrlar şəbəkəsinin nümayəndəsi olduğu bildirilib.
Təxminən 60 milyon dollar olan hesabların dördünün qanunsuz narkotik baronu Rafael Caro Quintero ilə əlaqəli olduğu iddia edilir.

2013-cü ildə Meksikadakı həbsxanadan sərbəst buraxılan Caro Quintero narkotik ittihamı ilə, 1985-ci ildə ABŞ-ın narkotik əleyhinə bölməsində xidmət edən xüsusi agent Enrike Camarenanın oğurlanması və öldürülməsində təqsirləndirilir.
Meksikadakı 80-dən çox alt qrup və dəstə ilə bağlı 9 böyük kartel fəaliyyət göstərir.

Narkotiklərlə yanaşı, ölkədəki bu dəstələr yanacaq, mineral, avokado, alkoqol, sitrus və insan alveri ilə məşğul olurlar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə