Sanksiyaların qaldırılması ABŞ üçün tarixi fürsət ola bilər - Ruhani

Sanksiyaların qaldırılması ABŞ üçün tarixi fürsət ola bilər - Ruhani

İran prezidenti Həsən Ruhani, yeni növ koronavirusun (Covid-19) yayılması ABŞ rəhbərliyinə sanksiyaların qaldırılması üçün tarixi bir fürsət təklif etdiyini söyləyib. Prezident Ruhani Nazirlər Kabinetinin paytaxt Tehranda keçirilən iclasında gündəliyə dair açıqlamalar verib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

"Çin modeli heç bir ölkədə tətbiq edilməmişdir. Bu karantin modeli Çindən başqa heç bir yerdə tətbiq edilə bilməz" deyən Ruhani, hökumətin Çinin İranda tətbiq etdiyi sərt karantin tədbirlərinin həyata keçirilməsinə təzyiq göstərdiyini söyləyib.

İranın Səhiyyə Nazirliyinin hazırladığı planın addım-addım həyata keçirildiyini deyən Ruhani qeyd edib ki, son vaxtlar xalq sağlamlığının qorunması tədbirlərinin sərtləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.

Ruhani "Dünən əyalətlərdəki vəziyyətlə bağlı oxuduğum məruzə istisnasız olaraq epidemiyanın gedişatının bütün əyalətlərdə azaldığını göstərir. Bu, həkimlərimizin, mütəxəssislərimizin və vətəndaşlarımızın seçdiyi yolun düzgün olduğunu göstərir" deyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə