Kataloniyada 93 yaşlı xəstə Covid-19-dan sağalıb - VİDEO

İspaniyanın Kataloniyadakı Fundació St Xəstəxanası, 93 yaşlı Covid-19 xəstəsinin sağaldığını açıqlayıb. Xəstəxananın sosial media hesabından paylaşılan videoda səhiyyə işçilərinin sağalmış kişi xəstəsini qeyd etdikləri görülür. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Covid-19 xəstəliyində ölüm riskinin ən yüksək olduğu yaş qrupunun 65 və daha yuxarı olduğu müəyyən edilsə də, keçən həftə İtaliyadan bənzər bir xəbər gəldi, 102 yaşlı italyan Italica Grondona da Covid-19'ı məğlub edərək xəstəxanadan evə göndərilib.

Xatırladaq ki, buz konkisürmə meydançalarının meyitxanaya çevrildiyi İspaniyada təqribən 96 min Covid-19 hadisəsi baş verib, virus səbəbindən 8 min 464 adam ölüb. 19 min 259 xəstənin isə sağaldığı açıqlanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə