"ABŞ və Avropanını ən böyük səhvi virusa qarşı maska ​​taxmamaq oldu - Çinli Mütəxəssis

Çinli alim George Gao ABŞ-da yayımlanan "Science" jurnalına açıqlamasında yeni növ koranavirus (Covid-19) virusuna qarşı maska ​​taxmamağın böyük səhv olduğunu söyləyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Çində Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinin baş direktoru Corc Qao "ABŞ və Avropadakı ən əhəmiyyətli səhv, insanların hələ də virusdan qorunmaq üçün maska ​​taxmamalarıdır" deyib.

Virusun "tənəffüs damlaları" vasitəsilə insandan insana keçdiyini deyən Qao bunun qarşısını almağın yeganə yolunun maska ​​taxmağın olduğunu söyləyib.

Sosial izolyasiyanın ən vacib tədbir olduğunu xatırladan Çinli mütəxəssis, virusu olan xəstələrin təcrid olunmasının ikinci vacib addım olduğunu vurğulayıb.

Çinli mütəxəssis virusla təmasda olan hər kəsə karantin verilməsinin vacibliyini qeyd etdi, həmçinin bu şəxslərin müəyyənləşdirilməsi və karantinin alınması üçün mühüm vaxt tələb olunduğunu bildirib.

Corc Qao, insanların bir araya gəlməsinin qarşısını almağın və insanların bir yerdən digərinə keçməsini tamamilə qadağan etməyin tamamilə zəruri olduğunu müdafiə etdi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...