İsraildə koronavirusa yoluxma halları bir sutka ərzində 760 nəfər artaraq, 5 591 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, 97 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir, 226 nəfər sağalıb, 21-i isə həyatını itirib.
Yəhudi dövlətində koronavirusa yoluxmanın ilk halı fevralın 27-də baş verib. Belə ki, həmin virusu İtaliyadan İsrailə dönən şəxs yayıb. Martın 20-də isə səhiyyə nazirliyi koronavirus diqanozu ilə ilk pasinetin ölümü barədə xəbər verib.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə