Sutka ərizndə 760 nəfər! İSRAİLDƏ

1 Aprel 2020 11:13 (UTC+04:00)
İsraildə koronavirusa yoluxma halları bir sutka ərzində 760 nəfər artaraq, 5 591 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, 97 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir, 226 nəfər sağalıb, 21-i isə həyatını itirib.

Yəhudi dövlətində koronavirusa yoluxmanın ilk halı fevralın 27-də baş verib. Belə ki, həmin virusu İtaliyadan İsrailə dönən şəxs yayıb. Martın 20-də isə səhiyyə nazirliyi koronavirus diqanozu ilə ilk pasinetin ölümü barədə xəbər verib.