İngiltərədə 13 yaşlı uşaq Covid-19-dan ölüb

İngiltərədə heç bir sağlamlıq problemi olmadığı bildirilən 13 yaşlı bir uşaq, yeni növ koronavirus səbəbiylə ölüb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

13 yaşlı İsmayıl Məhəmməd Abdulvahab İngiltərədəki koronavirusun ən gənc qurbanı oldu.
Ailə tərəfindən verilən açıqlamada, "İsmayıl simptomlar göstərməyə başladı və nəfəs almaqda çətinlik çəkdi. Kings Kolleci Xəstəxanasına aparıldı. Əvvəlcə respiratora bağlandı, sonra süni komaya verildi, amma təəssüf ki, dünən səhər öldü" deyə bildirilib.

Ailə övladlarının bilinən bir sağlamlıq problemi olmadığını və virusun son dərəcə bulaşıcı olduğu üçün son anda uşaqlarının yanında ola bilmədiklərini qeyd edib.

Kings Kolleci Xəstəxanasında verilən açıqlamada uşağın öldüyü təsdiqlənib: "Təəssüf ki, Covid-19 test nəticəsi müsbət çıxan 13 yaşlı uşaq öldü" deyə bildirilib.

İngilis mətbuatındakı xəbərlərdə cəsədin hələ ailəyə təhvil verilmədiyi və uşağın yaşı və müşayiət olunan sağlamlıq problemləri olmadığı üçün otopsiyanın planlaşdırıldığı qeyd edilib.

Bu vaxt ianə səhifəsində cənazə xərcləri üçün 6 min sterlinq toplanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə