Milli Həmrəylik Kampaniyası başladılıb -Türkiyədə

Türkiyədə koronavirus epidemiyası çərçivəsində "Biz bizə yetərik, Türkiyəm" şüarı ilə Milli Həmrəylik Kampaniyası başladılıb. SİA-nın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən başladılan "Biz bizə yetərik, Türkiyəm" yardım kampaniyasına böyük dəstək gəlib. Kampaniyaya siyasətçılər, iş adamları və bir çox ictimai xadim qatılıb. Kampaniya çərçivəsində 5 aylıq maaşını fonda ianə edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, "Çətin günlərdən keçirik. Birlik və həmrəylik içində, bir-birimizə sahib çıxaraq bu çətin günləri geridə qoyacağıq, inşallah. Biz birlikdə Türkiyəyik, birlikdə güclüyük. Epidemiyaya qarşı mübarizəmizdən də birlikdə qalib çıxacağıq." - deyib. Kampaniyaya dəstək verənlər arasında MHP sədri Dövlət Baxçalı da var. Şəntop kimi 5 aylıq maaşını ianə edən Baxçalı kampaniyaya dəstək verməyə çağırdı. Baxçalı: "Mən bu ağır günləri həmrəylik hisslərini təşviq etməklə və yardımlaşma hissini hərəkətə keçirməklə dəf edəcəyimizə ürəkdən inanıram. Bir-birimizə yardım əli uzatsaq, çətin vəziyyətdə olanlara dəstək versək həm insani, həm də islami məsuliyyətlərimizi yerinə yetirmiş olarıq", deyib. Kampaniyaya hakim Ədalət və İnkişaf Partiyasından da (AKP) büyük dəstək var. AKP sədrinin vəkili Numan Kurtulmuş və partiya sədrinin müavinləri Mahir Ünal ilə Həmzə Dağ 3 aylıq maaşlarını, digər müavin Mehmet Özhaseki isə 5 aylıq maaşını kampaniyaya ianə edib. Həmçinin çox sayda AKP millət vəkili və rayon təşkilatlarının sədrləri də kampaniyaya dəstək veriblər. Kampaniyaya eyni zamanda iş adamları və elm adamlarından da büyük dəstək gəlib.
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...