Tramp niyə karantin tətbiq etməkdən imtina edir? TƏHLİL

Amerika Birləşmiş Ştatları koronavirusa yoluxma halların sayına görə dünyada birinci yeri tutur. Bu ölkədə yoluxanların sayı 150 mindən çoxdur. Ölənlərin sayı 3 min nəfəri keçib. İnfeksiyanın əsas ocaqları New-York və New-Orleandır. Vəziyyətin yalnız daha da pisləşəcəyini söyləmək üçün isə ciddi səbəblər və əsaslar var.

Yoluxmuşların 60 mindən çoxu yalnız New-Yorkdadır. Ən populyar, ən tanınmış bölgələr indi tanınmaz haldadır. Kafe və dükanların ətrafında maneələr var. Hər yerdə səyyar xəstəxanalar yerləşdirilib. Təkərlər üzərində daşınan həqiqi bir meyitxananı görənlər də var.

Məsələ burasındadır ki, Birləşmiş Ştatlarda göz qabağında olan bütün bu mənzərə Donald Tramp üçün arqument hesab olunmur. ABŞ prezidenti universal karantin tətbiq etməkdən qəti şəkildə imtina edir. Bəlkə də ölkə prezidenti sadəcə ehtiyac görmür. Ya da ən azından bu onun düşüncə tərzidir və ölkə bununla qarşılaşmaq məcburiyyətindədir.

Bununla yanaşı, ABŞ beynəlxalq dəstəkdən, hətta Rusiya və Çindən gələn köməkdən də imtina etmək niyyətində deyil. Ancaq burada dövlət katibi Mayk Pompeo spekulyasiya etmək şansını qaçırmayıb. Və o, Moskva və Pekini ABŞ-dakı virus haqqında yanlış məlumat verməkdə ittiham edir. Əlbəttə ki, onun bu ittihamlarının heç bir sübutu və dəlili yoxdur.

Amerika yoluxmuş insanların sayına görə birinci yerdədir. Yerli həkimlər orada həqiqətən nəyin baş verdiyini izah etməyə çalışırlar. Xəstələrin axınının öhdəsindən gəlmirlər. Heç gələ biləcəklərinə ümidləri də yoxdur. Səlahiyyətlilərdən heç olmasa elementar müalicə tələb edirlər.

New-Yorkdakı hər yerə hərbi qüvvələri səfərbər edilib. Şəhərdə nəhəng və üzən bir xəstəxana qurulub. Xəstəxanaya koronavirusdan əziyyət çəkməyənləri yerləşdirmək nəzərdə tutulur. İnfeksiyanın yayılmasını dayandırmaq hələ mümkün deyil. Bütün ölümlərin demək olar ki, yarısı Metropolisin payına düşür. Artıq ölkə xəritəsindəki başqa bir qaynar nöqtə, New-Orleandır. Artıq aprel ayının ilk həftəsində xəstəxanaların tamamilə dolacağı proqnozlaşdırılır. Hər halda temp belə göstərir.

Trampın bu günə qədər verdikləri qərarın hamısı cəfəngiyyat səslənir. Onun may ayına qədər sanitar məhdudiyyətlərinin tətbiqi ilə digər çağırışları üst-üstə düşmür. ABŞ prezidenti sakinləri bir-birlərindən uzaq olmağa çağırır. Digər tərəfdən də hansısa uyğunsuz qərarlar verir. Məhz, onun belə məntiqsiz davranışına baxan, onun uyğunsuz qərarlarını izləyən amerikalıların da bir hissəsi xəstəliklə mübarizəyə məsuliyyətlə yanaşsa da, bir qismi ölkə prezidenti kimi tamamilə etinasız yanaşır. Bu isə ölkədə öz növbəsində virusun yayılmasını daha da sürətləndirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə