Ağrıda Türkiyə-İran təbii qaz boru xəttində partlayış

Ağrının Doğubayazıt mahalı yaxınlarından keçən və İrandan Türkiyəyə təbii qaz nəql edən boru xəttində meydana gələn partlayış və sonrasında çıxan yanğın ziyana səbəb olub. SİA bunu Türkiyə mətbuatına istinadən xəbər verir.

Alınan məlumatlara görə, İrandan Türkiyəyə gələn təbii qaz boru xəttində Gürbulak Sərhəd Qapısı Sarısu mövqesində səhər saatlarında hələ təyin olunmayan səbəblə partlayış meydana gəlib.

Partlayışdan sonra meydana gələn yanğında artan alovlar ətraf kəndlərdən də görünüb. Yanğının ardından bölgəyə gələn təhlükəsizlik qüvvələri ətrafda geniş təhlükəsizlik tədbirləri alıb.

Təbii qaz boru kəmərindəki qaz axını kəsilib və çıxan yanğın qruplar tərəfindən söndürülüb.
Təhlükəsizlik qüvvələri kəmərə ziyan vuran hadisənin səbəblərini araşdırır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...