2020 Tokio Olimpiya Oyunlarının vaxtı açıqlanıb - 2021

Covid-19 pandemiyası səbəbindən bir il təxirə salınan 2020-ci il Tokio Olimpiya Oyunlarının tarixləri 23 İyul-8 Avqust 2021 olaraq təyin edilib. SİA bunu xarici Kİv-lərə istinadən xəbər verir.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) öz veb saytında bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi və Yaponiya hökumətinin nümayəndələri Olimpiadanın 23 İyul - 8 Avqust 2021 arasında keçirilməsinə razılıq veriblər.

Bütün dünyanı əhatə edən koronavirus epidemiyasından təxirə salınmış oyunların bu il 24 iyul-9 avqust tarixlərində keçirilməsi planlaşdırılırdı.

Tokioda 25 Avqust - 6 Sentyabr arasında keçirilməsi planlaşdırılan 2020 Paralimpiya Oyunlarının 24 Avqust - 5 Sentyabr 2021 tarixləri arasında ediləcəyi bildirilib.

ABŞ-ın 600 olimpiya idmançısı təxirə salmağı tələb edirdi

Xatırladaq ki, ABŞ-da olimpiya idmançılarının yarısından çoxunu qəbul edən ABŞ Üzgüçülük və Atletika Federasiyaları, Covid-19-un baş verməsi ilə əlaqədar Tokio Olimpiadasını təxirə salmaq üçün müraciət ediblər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...