ABŞ ordusunda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

ABŞ ordusunda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper açıqlamasında bildirib.

O qeyd edib ki, ölən hərbi qulluqçu Milli Qvardiyada xidmət edib.

"Bu, hərbi ictimaiyyətimiz üçün acınacaqlı bir itkidir. Ailəsinə, dostlarına, mülki həmkarlarına bütün Milli Qvardiya adından başsağlığı veririk", deyə nazir əlavə edib.

Xatırladaq ki, son məlumatlara görə, ABŞ ordusunda 569 hərçi koronavirusa yoluxub.

Bütün xəbərlər Facebook səhifəmizdə