Koronavirusa yoluxan şahzadə sağaldı

Bir müddət əvvəl koronavirus xəstəliyinə yoluxmuş Şahzadə Çarlz sağalıb və özünü təcrid rejimindən çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Reuters Uels şahzadəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Hazırda şahzadənin özünü yaxşı hiss etdiyi qeyd olunur. Taxtın varisinin yaşadığı Clarence House iqamətgahının nümayəndələri təsdiqləyib ki, həkimlə məsləhətləşdikdən sonra Uels şahzadəsini karantindən azad etmək qərarı verilib.
Xatırladaq ki, martın 23-də şahzadə Çarlz və həyat yoldaşı Camilla koronavirus testindən keçiblər. Hər ikisinin verdiyi testin nəticələrinin müsbət olduğu ortaya çıxıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə