Qırmızı Xaç prezidenti koronavirusa görə qorxuya düşdü

Qırmızı Xaç cəmiyyətinin prezidenti Peter Maurer koronavirusun dünyada sürətlə yayılması qorxusundan danışıb. SİA xəbər verir ki, bu barədə news.ru məlumat yayıb.

Onun sözlərinə görə, şox qorxur, çünki virus əhalinin ən həssas təbəqələrinə çata bilər.
Maurer qeyd edib ki, koronavirus xəstəliyi həbsxanalarda yayıla bilər və bu daha sürətli, daha kütləvi xarakter daşıya bilər. O, fikrini onunla izah edib ki, bir çox məhbusun sağlamlıq durumu heç də arzuolunan deyil və bu da arzuolunmaz hala səbəb ola bilər.
Koronavirus, nəzərdə tutulan məsafənin mümkün olmadığı və tibbi qaynaqların az olduğu izdihamlı qaçqın düşərgələrində də geniş yayıla bilər.
"Buna görə də mən və dövlətləri və humanitar təşkilatları bu çox həssas insanlara kömək üçün mümkün olan hər şeyi etməyə çağırıram", deyə Maurer bildirib.
Xatırladaq ki, ötən il dekabrın sonunda Çində, Uhanda yeni bir koronavirus hadisəsi barədə ölkə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. Daha sonra virus Çindən yayılaraq hal-hazırda İtaliya, İspaniya, İran, ABŞ, Almaniya və Fransada daha çətin vəziyyət yaradıb.
Son məlumatlara görə, dünyada 724 mindən çox yoluxma, 34 min ölüm hadisəsi qeydə alınıb və 151 mindən çox insan sağalmağı bacarıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə