Mercedes Formula 1 komandası nəfəs aparatları istehsalına başlayıb

Mercedes Formula 1 komandası Covid-19 xəstələrini müalicə etməyə kömək etmək üçün respirator istehsalına başlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

London Universitet Kollecinin mühəndisləri və səhiyyə işçiləri Covid-19 xəstələri üçün yuxu zamanı tənəffüs pozğunluğunun müalicəsi üçün CPAP adlı cihaz hazırlayıblar, Mercedes isə istehsalını öz üzərinə götürüb. 100 saat sonra layihə mərhələsindən istehsal mərhələsinə keçən cihaz klinik sınaqlar üçün təsdiq alıb.

Təxminən 100 xəstədə sınaqdan keçiriləcək CPAP maşınları İtaliyada geniş istifadə edilib və müsbət nəticələr alınıb. Avropada ən çox həyat itkisi olan İtaliyada CPAP ilə müalicə olunanların yarısının reanimasiyaya ehtiyac olmadan sağaldığı bildirilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə