"Amerika ictimai rəyi aldatmaqla məşğuldur" - Səfirlik

"İrana qarşı sanksiyaların dayandırılması kampaniyasına qoşulmağa dəvət və tibbi terrorun sonu Amerika ümumi sağlamlığı təkəbbürlü siyasi məqsədlərə qurban verməkdən çəkinməlidir. Çünki, bu cür rəftar əxlaq və beynəlxalq normalara ziddir. Mahiyyətindən asılı olmayaraq dünyanın bütün ölkələrindəki siyasi partiyalar və demokratiyanın əsas sütunları olan KİV-lər Amerika dövlətinin bu qeyri-qanuni əməlini nəzərə almalı və bu addımı yüksək səslə pisləməlidirlər". SİA-ya İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Amerika öz iddialarının əksinə olaraq, ictimai rəyi aldatmaqla məşğuldur.

Amerika düşünülmüş və məqsədli sanksiyaları ilə İran xalqını beynəlxalq yardım, hətta tibbi ləvazimatlar və avadanlıqlar almasının qarşısını alır. Amerika beynəlxalq sağlamlığın inkişafı yolunda dayanan maneələri aradan qaldırmalıdır. Qeyrətli Azərbaycan xalqı! Koronavirus beynəlxalq təhdiddir və bu beynəlxalq təhdidlə mübarizə beynəlxalq əməkdaşlıq tələb edir. Amerika Birləşmiş Ştatlarının İran xalqına qarşı qanuna zidd sanksiyaları sözügedən virusla mübarizə üçün beynəlxalq həmrəylik yolunda bir maneədir. Bu kampaniya ona görə təşkil olunmuşdur ki, siz aşağıda göstərilən formu dolduraraq bu kampaniya qoşulasınız.

http://corona2plus.com/Corona2/En/Petition/

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə