Ermənistanda 480 nəfər virusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 480 nəfəri ötüb.

SİA "news.am" saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan hökumətin bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, son sutka ərzində daha 58 nəfərdə virus aşkarlanıb və hazırda koronavirusa yoluxanların sayı 482 nəfərə çatıb.

A.Torosyan deyib ki, virusa yoluxan şəxslərdən 25-i karantindədir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə