Türkiyədə son 24 saatda koronavirusla əlaqədar baş verənlər

Türkiyə Səhiyyə Nazirliyi son 24 saatda Türkiyədə diaqnozu qoyulan Covid-19 hadisə sayının 9 min 217 nəfərə, həyatını itirən xəstə sayının isə 131 nəfərə yüksəldiyini bildirib. SİA bunu Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Nazirliyin internet saytında yayımlanan "Türkiyə Günlük Koronavirüs Cədvəli" nin aktual məlumatlarını, Səhiyyə naziri Fəxrəddin Koca da Twitter hesabından paylaşıb.

Cədvələ görə, müayinələrin ümumi sayı 65 min 446, hadisələrin ümumi sayı 9 min 217, ölümlərin ümumi sayı 131, reanimasiya xəstələrinin ümumi sayı 568, intubasiya edilmiş xəstələrin ümumi sayı 394, sağalmış xəstələrin ümumi sayı 105 olub.

Bu gün mövcud testlərin sayı 9 min 982, hadisələrin sayı 1 min 815, ölənlərin sayı 23 nəfər olub.

Türkiyədə son 24 saatda koronavirus cədvəli belədir:

- Daha 23 nəfər həyatını itirib. Ümumi testlərin sayı: 65 min 446-dır

- Sağalanların sayı 35 nəfərdən 105 nəfərə yüksəlib

- Hadisələrin ümumi sayı: 9 min 217

-Cəmi ölüm: 131 nəfər

- Reanimasiya xəstələrinin ümumi sayı: 568 nəfər

- İntubasiya olunmuş xəstələrin ümumi sayı: 394 nəfər

- Sağalmış xəstələrin ümumi sayı: 105 nəfər

- Bugünkü testlərin sayı: 9 min 982 (İndiyə qədər edilən testlərin maksimum sayı)

- Bu gün hadisələrin sayı: 1 min 815

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə