Çində koronavirus xəstələrinin 93 faizi sağalıb

Çində kronovirus xəstələrinin sayı azalmaqda davam edir. Yoluxanların 93 faizi faizi sağalıb, hazırda xəstəxanalarda 2396 xəstə var. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlayıb.

Son rəqəmlərə görə, Çində ümumilikdə 81 min 470 insan koronavirusa yoluxmuşdu, onlardan 75 min 770 nəfəri sağalaraq evlərinə qayıdıb. Bu da ümumi xəstələrin 93 faizini təşkil edir.

İlk olaraq Çinin Xubei vilayətində qeydə alınan xəstəlik nəticəsində bu əyalət xaric olmaqla ümumilikdə ölkənin digər bölgələrində 118 nəfərin dünyasını dəyişməsi ilə 13 min 669 nəfərdə koronavirus aşkarlanmışdı. Lakin epidemiyanın ocağı olan Xubei vilayətində 67 min 801 nəfər xəstəliyə yoluxub, onlardan 3186 nəfər isə dünyasını dəyişib. Ümumilikdə ölkə üzrə 3304 nəfər xəstəlikdən dünyasını dəyişib ki, bu da ümumilidə ölüm faizinin 4.05 faiz təşkil etməsi anamına gəlir.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə