"ABŞ-ın koronavirus pandemiyasından bərpası iyunun 1-dən sonra mümkün olacaq" - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, koronavirus pandemiyasından ölkəsinin bərpası iyunun 1-dən sonra mümkün olacaq

SİA xəbər verir ki, o bu barədə koronavirus pandemiyası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Hələ ki 1 iyunda bərpa işlərinə doğru irəliləyirik... İyunun 1-i dağın ətəyi olacaq, əgər şansımız varsa, daha tez baş verə bilər”, - deyə amerikalı lider vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə