İranda müvəqqəti olaraq 100 min məhkum azadlığa buraxılıb.
SİA xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İslami məlumat verib. O bildirib ki, koronovirusun geniş yayılması ilə əlaqədar olaraq məhkumlar müvəqqəti olaraq evlərinə buraxılıb.
İslaminin sözlərinə görə cəza çəkmə müəssisələrinə virusun keçməsinin qarşısını almağın yeganə yolu buradakı məhkumları azadlığa buraxmaqdır.
İranın insan hüquqları üzrə qərargahı isə bəyan edib ki, bu təcrübəni digər dövlətlərlə bölə bilər. Bəyanatda deyilir ki, məhkumların hüquqlarının müdafiəsi və virusdan qorunması üçün məhkumlar xüsusi proqram əsasında müvəqqəti olaraq azadlığa buraxılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB