Çin koronavirusun ikinci dalğasından qorxur

Çində daşınmaların yenidən artması koronavirus infeksiyası ilə bağlı xəstəliyin yayılmasının ikinci dalğasına səbəb ola bilər. SİA “Gazeta.ru”-ya istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Çin Xalq Respublikasının Səhiyyə Nazirliyi qeyd edib ki, ölkədə artıq 693 idxal hadisəsi qeydə alınıb. Bu cür statistika ikinci xəstəlik dalğasının yüksək ehtimalından xəbər verir.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni bir koronavirus COVID-19-u pandemiya elan edib. Federal və yerli statistikaya əsaslanaraq hesablama aparan Cons Hopkins Universitetinin son məlumatlarına görə, dünyada yoluxmuş insanların sayı artıq 665 min nəfəri keçib, 30 mindən çox insan ölüb, 141 mindən çox insan isə sağalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...