Dünya virusla mübarizə apararkən... Koreya raket atır

Martın 29-da Koreya Xalq Demokratik Respublikası iki qısa məsafəli ballistik raketi Yapon dənizi istiqamətinə buraxıb. SİA xəbər verir ki, bu barədə Koreya Respublikasının Yonhap agentliyi Qərargah rəsiləri komitəsinin bəyanatına istinadən məlumat yayıb. Məlumata görə, raketlər maksimal yüksəkliyə - 30 kilometrə qədər yüksəlib. 230 km məsqfə qət etdikdən sonra raketlər Yapon dənizində iqtisadi zonaya çatmamış suya düşüblər.

Cənubi Koreyanın müdafiə nazirliyi şimallıların bu addımını kritik adlandırıblar. "Bütün dünya çətin vəziyyətdə olarkən, COVID-19-a qarşı mübarizə apararkən, biz hesab edirik ki, müvafiq addımlar yolverilməzdir. Biz Şimali Koreyanı növbəti belə addımlardan çəkinməyə çağırırıq", deyə hərbi qurum bəyan edib.

Qeyd edək ki, artıq bu Şimali Koreyanın ayın əvvəlindən atdığı dördüncü addımıdır. Belə ki, KXDR martın 2-də və 21-də Yapon dəənizi istiqamətində iki raket buraxmışdı.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə