Roma Papası və ən yaxın köməkçisində koronavirusun əlamətləri aşkarlanmayıb

Vatikan nümayəndəsi Matteo Bruni şənbə günü Papa Fransiskin yaşadığı iqamətgahda koronavirusa qarşı test nümunələrinin götürüldüyünü bildirib.

SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, qeyd edilib ki, aparılan sınaqlar zamanı 83 yaşlı Papada və ən yaxın köməkçisində koronavirusun əlamətləri aşkarlanmayıb.

Bruninin sözlərinə görə, Vatikanda 170 nəfər üzərində analoji testlər aparılıb: “Ümumilikdə altı nəfərdə testin cavabı müsbət olub. Nə məndə , nə Müqəddəs Atada, nə də ki ən yaxın köməkçisində yeni virusun olmadığını təsdiqləyə bilərəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə