Koronavirusdan sağalan Olga Kurilenko təəssüratlarını paylaşdı

Koronavirusa yoluxduqdan sonra müalicə alan və sağalan aktrisa Olga Kurilenko xəstəliyinin təfərrüatlarını bölüşüb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, aktrisa bu barədə öz instaqram səhifəsində paylaşıb.

O, öz səhifəsində yazır ki, koronavirusa harada və necə yoluxduğunu bilmir. Aktrisa bir dəfə London xəstəxanasında testdən keçdiyini və nəticənin müsbət olduğunu xatırladıb. Həkimlər onun vəziyyətinin ciddi olmadığına görə o evə göndərilib. Kurilenko, həkimlərin ona yalnız parasetamol qəbul etməsini tövsiyə etdiyini xatırladıb.
Bundan əlavə, aktrisa uşaqla nə edəcəyini, özünü ondan təcrid edib-etməməsini həkimlə müzakirə edib. Problem odur ki, artıq o koronavirusun daşıyıcısı ola bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə