Karantini pozan ermənilər cəzalandırılır

Ermənistanda 1889 nəfər koronavirus karantini pozduğuna görə cəzalandırılıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Ermənistan polisinin şöbə müdirinin müavini Hayk Mqryan deyib.

Onun sözlərinə görə, Ermənistan polisi koronavirus infeksiyasının yayılması səbəbindən elan edilən karantini pozduğuna görə 1,9 min nəfəri inzibati məsuliyyətə cəlb edib.
Xatırladaq ki, Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Səlahiyyətlilərin son sözlərinə görə, ölkədə 372 COVID-19 yoluxma hadisəsi aşkarlanıb, bir nəfər ölüb. Martın 25-dən 31-dək koronavirus səbəbindən strateji əhəmiyyətli olanlar istisna olmaqla müəssisə və təşkilatların işi müvəqqəti dayandırılıb və vətəndaşların hərəkətinə məhdudiyyətlər tətbiq olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə