ABŞ-da qızıl qıtlığı yaranıb Koronavirusa görə

ABŞ-da qızıl külçələrin və sikkələrin qıtlığı müşahidə olunur. Bu, ya koronavirus pandemiyasına görə dilerlərin hamısını satmaları, ya da müvəqqəti bağlanmaları ilə əlaqəli ola bilər. SİA xəbər verir ki, bu barədə Amerikanın Wall Street Journal nəşri yazır.

Qeyd olunur ki, bankirlər və investorlar hətta Kanadaya yardım üçün müraciət ediblər. Belə ki, qiymətli metalın Nyu-Yorka göndərilməsi xahiş olunur.

Həmçinin bildirilir ki, qiymətli metalın çatışmazlığı səbəbindən ABŞ-da qızıla olan fyuçerslər də artıb. Onların yüksəlişi 9%-i təşkil edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə