Dünya ölkələrində koronavirusla bağlı SON VƏZİYYƏT

Çinin Wuhan şəhərində meydana gələn və qısa müddətdə bütün dünyaya yayılan koronavirus can almağa davam edir. Çindən başlayan virusun mərkəzi ilk olaraq İtaliya oldu, ötən gündən isə liderliyi ABŞ edir. Son rəqəmlərə əsasən dünyada COVİD-196 virusunun qurbanlarının sayı 24 mini keçib.

SİA dünyada ölkələrində koronovorusla bağlı son vəziyyəti təqdim edir.

Koronovirus insandan pişiyə keçdi

Hazırki məqama olan məlumatlara əsasən dünyda bir ilk yaşanıb. Belə ki, koronavirus insandan pişiyə keçib. Fakt Belçikada qeydə alınıb. Burada aprelin 5-dək çölə çıxmağa qoyulan qadağa aprelin 19-dək uzadılıb. Koronavirusdan əziyyət çəkən qadının virusu öz evində saxladığı pişiyə yoluxdurduğu məlum olub. Bu Avropada bir ilk kimi qeydə alınıb. Səlahiyyətlilər, heyvandan insana virusun ötürülməsinə dair bir dəlil olmadığını qeyd edirlər.

Almaniyada ölənlərin sayı 351 nəfərə çatıb

Almaniyada koronavirusla bağlı yoluxanların sayı durmadan artır. Burada yoluxanların sayı 50 min 871 nəfərə çatıb. Almanaiya bu rəqəmlə artıq xəstəliyin ən çox yayıldığı 5 ölkə sırasına daxil olub. Ölkədə COVİD-19 qurbanlarının sayı 351 nəfərə çatıb.

Kanadada ölənlərin sayı 53 nəfər oldu

Kanada da yeni növ koronavirusa görə son 24 saat müddətində 20 nəfər dünyasını dəyişib. Ümumilikdə ölənlərin sayı 53-ə yüksəlib. Ölkə daxilində COVİD-19-a yoluxanların ümumi sayı son 24 saat müddətində 3292 nəfərdən 4644 nəfərə çatıb.

İordaniyada ilk ölüm faktı

Yeni koronavirusla bağlı ilk ölüm İordaniyada da qeydə alınıb. Ölən şəxsin 83 yaşlı bir qadın olduğu açıqlanıb.

Tunisdə ölüm sayı artır

Tunisdə 39 yaşında bir nəfərin ölümündən sonra burada virusdan ölənlərin sayı artmaqda davam edir. Hazırda ölənlərin sayı 7-dir.

Braziliyada ölüm sayı 92-yə çatdı

Cənubi Amerika da da vəziyyət ürək açan deyil. Belə ki, Braziliyada son 24 saat ərzində yeni koronavirusa görə 15 nəfər ölüb və ölənlərin sayı 92 nəfərə çatıb.

Los-Ancelesdə 40 min evsizə ev veriləcək

ABŞ-da Los-Ancelesin qubernatoru Newsom və meri Garcetti, yeni tip koronavirusla mübarizədə müalicəni asanlaşdırmaq üçün təxminən 40.000 evsiz vətəndaşı evlə təmin edəcək.

Bruneydə 1 nəfər öldü

Cənub-Şərqi Asiya ölkəsi Bruneydə 64 yaşlı bir şəxsin koronavirusun yeni bir növünə yoluxaraq dünyasını dəyişib.

Latın Amerikada yoluxanların sayı 11 mini ötdü

Əhalisi 600 milyon nəfərdən çox olan Latın Amerikası bölgəsində də yeni növ koronavirusa yoluxanların sayı 11 mini keçib.

Burkina Fasoda yoluxanların sayı artır

Afrikanın bölgəsi olan Burkina Fasoda da yoluxanların sayının 28-dən 180-ə qədər artdığı bildirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə