Qan rənginə boyanan çay kanadalıları qorxutdu

Kanadada, Ontarioda, Etobicoke dərəsində çay qan qırmızı rəngə boyanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Upi" məlumat yayıb.

Baş verənlərin səbəbi, Mississoqedəki bir fabrikdə mürəkkəbin çaya tökülməsi olub. Suya 400 litrdən çox mürəkkəb tökülüb ki, bu da yerli sakinlərin diqqətini çəkib. Foto və videolarda qırmızı su insanların diqqətini cəlb edib. Bəziləri hadisədə dini motivlər axtarıb, digərləri isə mürəkkəbin suya sızmasından qəzəblənib.
Hazırda Ətraf Mühitin Mühafizəsi Nazirliyinin əməkdaşları su anbarını təmizləməyə başlayıblar. Dərin ərazidə ölü balıqların, quşların və heyvanların tapılmadığını bildirirlər. Bu, mürəkkəbin zəhərli olmadığını göstərir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə