“Şanqri-la dialoq” forumu da təxirə salındı SINQAPURDA

Təhlükəsizlik məsələlərinə həsr olunan “Şanqri-la dialoq” illik forumunun iyunun 5-7-də Sinqapurda keçiriləcək növbəti toplantısı təxirə salınıb. Səbəb koronavirus pandemiyasıdır. SİA xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti respublikabıb Müdafiə nazirliyinin nümayəndəsinə istinadən yazır.

“Cari vəziyyətdə - ölkələr öz sərhədlərini bağladığı vaxtda belə bir masştablı beynəlxalq tədbirin keçirilməsi çətin ki, yerində verilmiş qərar olsun”, adıçəkilən nəşrə nazirliyin ictimaiyyətlə əlaqələr və rabitə üzrə şura üzvü Devid Boi bildirib.

Bundan əlavə Boi deyib ki, sosial məsafənin saxlanılması halında müxtəlif strukturların rəhbərləri arasında qeyri-formal görüşlərin keçirilməsi mümkün deyil necə ki, əvvəllər bu mümkün olurdu.

Qeyd edək ki, Asiya-Sakit okean regionunda keçirilən “Şanqri-la dialoq” konfransı 2002-ci ildən başlayaraq hər il keçirilir. Təşkilatçı olaraq Londonda fəaliyyət göstərən “Beynəlxalq strateji araşdırmalar institutu” çıxış edir. Forumda Asiya, Avropa, ABŞ olmaqla onlarla ölkənin müdafiə nazirliləri iştirak edir.

Hazırkı gündə şəhər-dövlətdə infeksiyaya yoluxanların sayı 730 nəfərdir, onlardan 180-i tamamilə sağalıblar və evlərinə buraxılıblar. Bununla yanaşı, baş nazir Li Syan Lun martın 12-də bəyan etmişdi ki, hökumət yüksək təhlükə elan edərək, ciddi karantin rejiminə keçir. Bununla yanaşı, hökumət martın 23-dən etibarən ölkədə davamlı yaşamaq icazələri olmayan xarici vətəndaşların daxil olma və trantiztlərinə qadağa qoyub

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə