İtaliyada koronavirusa yoluxan tibb işçilərinin sayı təxminən 6,5 minə çatıb

İtaliyada koronavirusa yoluxan tibb işçilərinin sayı təxminən 6,5 minə çatıb.

SİA “TASS”-a istinadən xəbər verir ki, Ali Səhiyyə İnstitutunun məlumatına görə, bu, ölkədə ümumilikdə virusa yoluxanların 9%-ini təşkil edir.

Həkimlər və tibbi heyət arasında ölüm halları da artaraq 51 nəfərə çatıb. Epidemiyanın ilk günlərində əksər həkimlər xəstəxanalarda qoruyucu vasitələr olmadan çalışıblar.

Ölənlərin arasında sahə terapevtləri də var, onların əksəriyyəti təqaüdə çıxanlar olub, ancaq yenə də öz həmkarlarına köməklik göstəriblər.

Ali Səhiyyə İnstitutunun məlumatına görə, virusa yoluxan tibb işçilərinin orta yaş həddi 49-dur və onların 35%-i kişilərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...