İngiltərə hökumətinin başçısı Boris Johnson özünün koronavirus üçün testinin müsbət nəticə göstərdiyini söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o öz İnstaqram və Twitter səhifələrində vətəndaşlara video mesajında bildirib.

İngiltərə Baş nazirinin sözlərinə görə, son sutkalar ərzində o, koronavirus infeksiyasının yüngül simptomlarını özündə hiss edib, bundan sonra xəstəliyin mövcudluğunu göstərən nəticələr alıb.
Johnson qeyd edib ki, hazırda təcrid vəziyyətindədir və video konfrans vasitəsilə hökuməti evdən idarə etməkdə davam edəcək. Baş nazir, mümkünsə ölkə vətəndaşlarından çölə çıxmamalarını xaiş edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə