Göydən düşən ölü yarasalar israilliləri çaşdırdı

İsrail sakinlərini göydən düşən ölü yarasalar çaşqın vəziyyətə salıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Daily Star məlumat yayıb.

Məlumata görə, israillilər bu kadrları özündə əks etdirən foto və videoları paylaşmağa başlayıblar.
Bəzi mütəxəssislər belə bir fenomenin həftə sonu həddindən artıq soyuq hava səbəbiylə baş verə biləcəyini düşünürlər. Buna baxmayaraq hadisənin dəqiq səbəbləri hələ müəyyənləşdirilməyib.
Sakinlər yarasaların kütləvi ölümünü 5G qüllələrinin inşası və hətta dezinfeksiyaedici vasitələrin püskürməsi ilə əlaqələndirirlər

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...