Avropada korrupsiya, oğurluq və kiber cinayətlərdə artım var - Ketrin De Bolle
Avropa İttifaqı Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı Europol tərəfindən nəşr olunan bir hesabatda, koronavirus epidemiyasına baxmayaraq cinayət nisbəti azalmayıb. Europol cinayət təşkilatlarının vəziyyətdən asılı olaraq fərqli metodlardan istifadə etdikləri bildirilir. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Hesabatda koronavirusun sürətlə dünyada yayıldığı bir zamanda korrupsiya, oğurluq və kiber cinayətkarlığın artdığı bildirilir. Koronavirus böhranının başlanğıcından bəri satışda saxta maskaları, əl təmizləyici gellər və dərmanların artdığı bildirilir.
Dünyanın bu dərin sarsıntılı dövründə korrupsiya hadisələrinin artmasının yolverilməz olduğunu bildirən Europol direktoru Belçikalı Ketrin De Bolle, "Bu sağlamlıq problemləri dövründə görülən cinayət nisbətləri insanların həyatını təhlükəyə ata bilər" deyib. Europol mart ayında satışa çıxarılan 34 min saxta maska ələ keçirildiyini bildirir. Hesabatda korrupsiya hadisələrində böyük bir artım olacağı gözlənildiyi ifadə edilir və "Korrupsiya ilə məşğul olanlar öz üsullarını böhrana görə müəyyənləşdirirlər, qurbanların qorxu və narahatlıqları da buna uyğun artır" ifadəsi yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB