Dəməşqdə hətta müharibənin ən qızğın vaxtında bağlanmayan dükanlar qapadılıb, jalüzləri aşağıya çəkilib. SİA xəbər verir ki, bu barədə xarici mətbuat yazır. Qeyd olunur ki, Dəməşqin məşhur əl-Həmidiyyə bazarı da bağlanıb. Belə ki, bir çox ölkələrdə olduğu kimi, Suriyada da koronavirusa görə ciddi karantin rejimi tətbiq edilir. Yalnız ərzaq dükanları və apteklər fəaliyyətdədir. Axşam saat 18:00a-dan səhər saat 6:00-a qədər isə komendant saatıdır.
"Müharibə zamanı ölümlər olsa da, burada, Dəməşqdə həyat dayanmırdı. İstənilən insident çox tez həll edilirdi və hər şey əvvəlki kimi olurdu. Ancaq indi koronavirusa görə başqa cürdür. Özünüzün də gördüyünüz kimi, hər yer bağlıdır", deyə tələbələrdən biri bildirib.
Hələlik isə Suriyada koronavirusla bağlı yoluxma halları az rəqəmlər üzərindədir, lakin ÜST ehtiyat edir ki, xəstəlik bu Yaxın Şərq ölkəsində sürətlə yayıla bilər. Xüsusilə, qaçqınlar düşərgəsində təhlükə gözlənilir.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB