Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ölkədə koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət yarandığını söyləyib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə eks prezident öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukraynaya virusun yalnız bir müddət sonra çatması özü ölkə üçün bir "şans" hesab olunur. O, qeyd edib ki, yerli hakimiyyət orqanlarının digər ölkələrdə vəziyyətin inkişafını qiymətləndirmək üçün iki ay vaxtı var idi, lakin Ukrayna hələ də epidemiyaya hazır deyil.
"Ancaq Ukrayna vəziyyətə tamamilə hazır olmadı. İndi, 2014-cü ildə olduğu kimi, biz də bütün ölkənin səyləri ilə insanları qorumalıyıq" deyə sabiq prezident öz Facebook səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna Səhiyyə Nazirliyinin rəhbəri İlya Emets ölkənin səhiyyə sisteminin koronavirusun yayılmasına hazır olmadığını və yayılmasının öhdəsindən gələ bilmədiyini etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB