ABŞ-da 85,5 min insanın koronavirusa yoluxub. Bu, Çindən 4 min fərqlə artıqdır. SİA xəbər verir ki, sözügedən məlumatı evronews yayıb. Məlumatda bildirilir ki, COVID-19-un ağıır formasından 1300 amerikalı həyatını itirib. Hazırda planetimizdə yarım milyondan çox infeksiyalı insan var və yoluxmadan 24 mindən artıq insan vəfat edib.
İtaliyada son sutka ərzində 662 nəfər xəstələnib. Bu isə o deməkdir ki, hər bir saatda 27 insan ölür.
Bu ərəfələrdə məlumat verilirdi ki, virusoloqlar epidemiyanın pik həddi qarşıdan gələn bazar gününə təsadüf edəcək. Baxmayaraq karantinləri pozanlara qarşı çoxminlik cərimələr tətbiq edilir, ancaq bu sözügedən pik həddinin qarşısını ala bilməyəcək. Ümumilikdə İtaliyada 80 mindən çox yoluxanlar var və bu yoluxmaların 8 mini təəssüf ki, ölümlə nəticələnib.
İspaniyada hələlik ölüm halları iki dəfə azdır, lakin infeksiyanın sürətli yayılması Appenin yarımadasının statistikasına yaxınlaşır.
Qeyd olunur ki, ekspres-diaqnostikanın aparlması üçün Pekindən alınan testlər zay çıxıb. Belə ki, nəticələrin həqiqiliyi cəmi 30%-i təşkil edir.
Fransada iki güclü epidemiya ocağı var – Elsaza regionu və Parisətrafı ərazilər. Hakimiyyət bu ərəfələrdə məlumat verib ki, martiroloq 300 nəfər insana qədər artıb və ölənlər arasında 17 yaşlı yeniyetmə də var.
Səhiyyə nazirliyində ehtimal edirlər ki, ölkədə epidemiyanın pik həddi gələn həftəyə gözlənilir. Lakin Parisin böyük xəstəxanalarının rəhbərliyinə görə, ağır formalı pasientlərin horizontal planlaşdırılması və yerləşdirilməsi bir həftədən 3 günə qədər azalacaq.
Martin Xirş izə öz növbəsində bildirib ki, krikik vəziyyətdə olan bir pasientə ən azı dörd nəfər tibb personalı olmalıdır.
Bu arada, Çin hökuməti yoluxmanın bu dəfə xaricdən gəlmək təhlükəsindən ehtiyat edərək, martın 28-dən etibarən bütün sərhədləri bağlayacağını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB