Koronavirus epidemiyasının mərkəzi Avropadan ABŞ-a keçdi - Ümumdünya Səhiyyə Təşkilatı

Koronavirus epidemiyasının mərkəzi Avropadan ABŞ-a keçdi - Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-da sürətlə artan koronavirus hadisələri və həyat itkisi səbəbiylə Covid 19 yeni epidemiya mərkəzinin ABŞ ola biləcəyini açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

ÜST iki həftə əvvəl koronavirusun yeni yayılma mərkəzinin Çindən Avropaya köçdüyünü elan edib. 25 mart 2020-ci il tarixinə Avropada Covid 19-un yaratdığı itki sayı Çindəki itki sayından 5 qat artıq olub. ÜST sözçüsü Margaret Harris verdiyi açıqlamada, "ABŞ-da görülən yoluxma sayında çox artım var. Bu səbəbdən epidemiyanın yeni mərkəzi olmaq üçün böyük potensiala sahibdir" deyib.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü ölkədə ölənlərin və hadisələrin sayının artmasına baxmayaraq, iqtisadiyyatı keçmiş vəziyyətinə qaytarmaq üçün lazımi qərarlar qəbul edilə biləcəyini söyləyib. Tramp "Ölkəmiz karantin elan edilmək üçün qurulmayıb. İnsanlar gərəksizcə həyacan keçirirlər. Bu intihar nisbətlərini artırıb. Bu şəkildə davam edərsə, intihar səbəbiylə ölənlərin sayı koronavirusun itkilərindən çox olacaqdır".



ABŞ-da 5 gündə ən az 55 min hal, son 10 gündə yoluxmuş xəstələrin sayı 20 dəfə artıb

327 milyon əhalisi olan ABŞ-da 25 mart tarixinə koronavirus hadisələrinin sayı 75 mini keçib, ölənlərin sayı 1 min 100 olaraq açıqlanıb.

ABŞ-da 15 Mart tarixinə Covid-19 hadisələrinin sayı cəmi 3 min 613 idi, son 10 gündə bu göstərici 20 dəfədən çox artaraq 75 min 665 təşkil edib.

Yenə də son 10 günün (15 martdan 25 martadək) məlumatlarına əsasən 69 nəfər olan itkinin bu günə görə 15 dəfə artaraq 1 min 100 nəfərə çatdığı görülür.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə