İtaliyanın Messina şəhərinin meri Kateno De Luka yerli xüsusi karantin rejimini pozaraq, insanların həyatlarına təhlükə yaradan əhalini evlərinə göndərmək üçün maraqlı vasitəyə əl atıb. SİA xəbər verir ki, bu barədə Euronews məlumat yayıb. Qeyd olunur ki, bunun üçün mer kvadrokopterdən (drondan) istifadə etmək qərarına gəlib. Belə ki, dron havada olarkən, yerdə insan görəndə o "Hara gedirsiniz? Düz evə gedin!" deyə qışqırır.
Qeyd edək ki, İtaliyada koronavirusa yooluxma və ölüm halları yenidən artıb. Son dörd gündə müşahidə edilən azalmanın ardınca bir sutka ərzində yoluxanların sayı 4492-yə yüksəlib və 62 min 13 nəfəri təşkil edib. Ölənlərin də sayı 662 nəfər artaraq, 8165 nəfərə çatıb.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB