Koronavirusla mübarizəyə kömək yüksək qiymətləndirilib

Koronavirusla mübarizəyə kömək yüksək qiymətləndirilib

Si Sinpinin koronavirusla mübarizəyə göstərdiyi köməyini Tramp yüksək qiymətləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.

Verilən məlumata görə, ABŞ prezidenti Donald Tramp, Çin Prezidenti Si Sinpin ilə söhbətində Çin tərəfinin koronavirusla mübarizə səylərini yüksək qiymətləndirib və pandemiya ilə mübarizədə göstərdiyi köməyə və fəal əməkdaşlığa görə təşəkkür edib.

"ABŞ-a epidemiya ilə mübarizə istiqamətində tibbi ləvazimat şəklində yardım göstərdiyinə görə təşəkkür edirik", deyə Çin televiziya kanalı Trampın fikirlərini stat olaraq verib.

Qeyd olunub ki, Ağ Ev rəhbəri Çində əldə edilən epidemiya ilə mübarizədəki tərəqqini yüksək qiymətləndirib. Bundan əlavə, Trump tibb və səhiyyə sahəsində ikitərəfli mübadiləni gücləndirdiyinə, o cümlədən COVID-19-a qarşı effektiv dərmanların hazırlanması sahəsində əməkdaşlığa görə Si Sinpinə təşəkkürünü bildirib.
Mediada yayılan məlumatlara görə, ABŞ prezidenti Çindən olan həmkarından bu epidemiyanın qarşısını almaq və koronavirusun yayılması ilə mübarizə üçün hansı tədbirlərin tətbiq olunduğunu ətraflı soruşub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə