İranda yenə güclü zəlzələ baş verib

İranda yenə güclü zəlzələ baş verib

İranın cənubunda 5.6 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələlərin episentri 350 min nəfərdən çox əhalisi olan Bandar Abbas liman şəhərindən 161 kilometr şimal-şərqdə yerləşib. Qeyd oluinub ki, zəlzələnin ocağı 60 kilometr dərinlikdə olub.
Zəlzələnin dağıntıları və qurbanları barədə məlumat verilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə